Qurban Qurbanov: Son vaxtların əsl derbisini gördük

“Qarabağ” Topaz premyer liqasının 3-cü turunda öz meydanında “Neftçi” klubu ilə 1:1 heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov görüşlə bağlı bunu söyləyib:

“Hər 2 komandanı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Son vaxtların əsl derbisini gördük. Mübarizə baxımından, azarkeş baxımından çox xoş oldu.

Futbolçularımı təbrik edirəm. Sona kimi mübarizə apardılar. Bu, çox vacib idi. Hər 2 komandanın çoxlu qol imkanı oldu. Yaxşı oyun izlədik”.

Həmin kateqoriyadan