Qurban Qurbanov: Sonda hər şey düşündüyümüz kimi oldu

“Əvvəlcədən də rəqibimizin gücünü bilirdik, çox sürətli və səlis futbolçuları var idi və bunu bu gün meydanda gördük. Düşünürəm, bu oyunun komandam üçün çox faydası oldu. Rəqib bizi çox səhv etməyə məcbur etdi və bu da bizim xeyrimizə oldu”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalya toplanışı çərçivəsində Ukraynanın “Şaxtyor” klubuna 1:3 hesabı ilə uduzduqları sonuncu yoxlama oyunundan sonra deyib. O, 2-ci hissənin daha fərqli olduğunu bildirib:

“Rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha aktiv olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu. “Şaxtyor” əlinə düşən fürsətlərdən maksimum istifadə etməyi bacaran komandadır.

Sevindirici haldır ki, oyun sona qədər davam etdi. Bura gələndə hava şəraiti istədiyimizi tam yerinə yetirmək üçün icazə vermirdi, amma sonda hər şey düşündüyümüz kimi oldu. Bugünkü oyun da tam istədiyimiz kimi oldu. Belə oyunlar bizə ancaq fayda verir”.

Həmin kateqoriyadan