Qurban Qurbanov: “Sumqayıt” yaxşı oyun göstərən komandalardan biridir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 18-ci turunda “Sumqayıt”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabı ilə bitən görüş barədə bunu deyib:

“Əvvəldən də futbolçularıma demişdim ki, “Sumqayıt” yaxşı oyun göstərən komandalardan biridir. Çətin oyun olacağını bilirdik. Bunu futbolçulara da demişdim.

Rəqib komandanın baş məşqçisini təbrik edir, uğurlar arzu edirəm. Nə qədər xal qazansaq, bizim üçün o qədər də yaxşıdır. Bundan sonrakı oyunlar çətin olacaq və onlara ciddi hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan