Qurban Qurbanov: Texniki səhvlərimiz, top itkilərimiz oldu

Premyer liqanın 4-cü turundan təxirə salınmış görüşdə rəqib meydanında “Səbail” klubunu 2:0 məğlub edən “Qarabağ”ın yarış cədvəlində öncüllüyünü bir qədər möhkəmləndirib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Çempionatın son oyunu idi. Çox istəyirdik ki, qalib gələk. Çox şükür ki, hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçularımı təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq”.

Həmin kateqoriyadan