Qurban Qurbanov: Uzun müddət yığmada olmayanlara da fürsət verəcəyik

Sabah “ay-ulduzlular”ımız səfətdə Qazaxıstan millisi ilə yoxlama oyununda gücünü sınayacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov matçla bağlı bunu deyib:

“Düşünürəm ki, bizi yaxşı və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var. İşlədiyi yerlərdə müsbət nəticələr qazanıb. Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı futbol göstərirlər.

Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq. Qırğızıstanla müqayisədə dəyişikliklər olacaq. Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik”.

Həmin kateqoriyadan