Qurban Qurbanov: Vacib 3 xal qazandıq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 21-ci turunda “Səbail”ə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan razı qalıb:

“Vacib 3 xal qazandıq. Futbolçularımız çox zəhmət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm.

Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan