Qurban Qurbanov: Yalnız qol çatışmadı

Bu gün “Qarabağ” premyer liqanın 23-cü turunda Zirədə eyni adlı komanda ilə 0:0 hesablı heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Düşünürəm ki, maraqlı oyun alındı. Məncə, yalnız qol çatışmadı. “Zirə”yə uğurlar arzu edirəm, bizə qarşı layiqli mübarizə apardılar. Futbolçularımdan razı qalmışam. Bundan sonra futbolçularımız milliyə gedəcəklər, onlara uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan