- Baxış sayı: 30
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Avroliqanın qrup mərhələsinin 3-cü turunda səfərdə Dneprpetrovskın “Dnepr” klubunu 1:0 hesabı ilə üstələyən “Qarabağ”, bu qələbə ilə 2-ci pilləyə yüksəlib. Allsport.az saytı xəbər verir ki, Kiyevdə keçirilmiş matçdan sonra baş məşqçi Qurban Qurbanov ilk qələbənin şərhini KİV-lə bölüşüb. O, adəti üzrə yenə təvazökar danışıb:
“Dnepr”in futbolçuları topla yaxşı davranırdı. Azarkeşlərimizi təbrik edirəm. Meydan sahiblərinin fanatları çox olsaydı, məncə, qarşılaşma daha maraqlı ola bilərdi. İkinci pilləyə sahib olmağımızı söyləmək indidən tezdir. Gəlin, bu haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Həmin matça daha ciddi hazırlaşacağıq”.