Qurban Qurbanov: Yoxlama oyunları səhvləri görüb aradan qaldırmaq üçündür

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalyada Çernoqoriyanın “Mladost” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabı ilə bitən görüşlə bağlı bunu söyləyib:

“Pis oyun keçmədi. 27 gündü burdayıq, futbolçularda fiziki yüklənmə var. Bu da normal haldır. Futbolçularım yaxşı mübarizə apardı, səhvlərimiz oldu.

Yoxlama oyunları da səhvlərimizi görüb aradan qaldırmaq üçündür. Zamanla bu səhvlər də düzələcək”.

Həmin kateqoriyadan