Qurban Qurbanov: “Zirə” son 3 matçda tam fərqli oynayır

Ölkə çempionatının 20-ci turunda “Qarabağ” – “Zirə” görüşündən sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov qolsuz bitən matç barədə bunu deyib.

“Hər iki komanda bir hissə daha yaxşı oynadı və hər iki komanda 1 xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. “Zirə” son 3 matçda tam fərqli oynayır.

Çətin anlar oldu hər iki komanda üçün. Bəzən düşündüyün hücumların 5-6-nı reallaşdıranda sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq”.

Həmin kateqoriyadan