Qurban Qurbanov: Ola bilər, yeni futbolçularla güclənək

Premyer liqasının 3-cü turunun son oyununda “Qarabağ” rəqib meydanında “Səbail”i 4:0 üstələdi. Allsport.az saytı xəbər verir ki, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bunu dedi:

“Futbolçularımı təbrik edirəm. Həm qalib gəldik, həm də yaxşı oyun oldu. Çox istəkli idik. Rəqib ilk dəqiqələrdə aqressiv idi, yaxşı pressinq tətbiq edirdilər. Ola bilər, yeni legionçu ilə güclənək. Yaxın gələcəkdə daha 2 futbolçu ala bilərik, danışıqlar gedir”.

Həmin kateqoriyadan