Qurban Qurbanovdan mütləq göstərici və 10-cu mükafat

Premyer liqasının qalibi adına yiyələnən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 6-cı dəfə bu titula sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun 2013/14, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərindəki uğurlarında da pay sahibi olan mütəxəssis, çempionluq sayında Azərbaycan rekordunu edib. O, 5 dəfə belə uğura nail olan Ağasəlim Mircavadovu arxada qoyub. Ümumilikdə isə 10 baş məşqçi yetirmələrini qızıl medallara daşıyıb.

47 yaşlı mütəxəssis həm də baş məşqçi kimi yubiley medalını qazanıb. “Qarabağ”ın sükanı arxasında 2 gümüş və 2 bürünc medalı da olan
Qurban bəy Azərbaycan çempionatlarında 10-cü dəfə ilk “üçlüy”ə düşüb.

“Neftçi” ilə gümüş mükafata yiyələnən Roberto Bordin ölkəmizdə medal qazanan ilk italiyalı baş məşqçi olub. Aftandil Hacıyevin baş məşqçi kimi elitada ilk uğuru isə “Səbail”dəki bürünc mükafatıdır. Bu iki mütəxəssis Azərbaycan çempionatları tarixində medal qazanan baş məşqçilərin sayını 37-yə çatdırıb.

Həmin kateqoriyadan