Qurban Qurbanovun mətbuat konfransı saat neçədə olacaq?

“Qarabağ”ın çempionlar liqasının 3-cü ələməsində BATE ilə ilk oyunundan öncə mətbuat konfranslarının son məşqlərin vaxtı bəlli olub. Allsport.az saytı xəbər verir ki, Belarus komandasının baş məşqçisi Aleksey Baqa avqustun 6-da, saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. BATE-nin oyunöncəsi son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov “Azərsun arena”da saat 20:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 19:20-də Tofiq Bəhramov adına Respublika stadionundan “Azərsun Arena”ya aparacaq və komandanın məşqindən sonra yenidən respublika stadionuna qaytaracaq.

Həmin kateqoriyadan