Qurban Qurbanovun Madriddə mətbuat konfransının və “Qarabağ”ın məşqinin vaxtları bilinib

Bu gün “Qarabağ” çempionlar liqasının “C” qrupunun 4-cü turunda qarşılaşacağı Madrid “Ateltiko”su ilə səfər oyununun hazırlığını başa vuracaq.

Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yerli vaxtla saat 18:30-da (Bakı vaxtıyla 21:30) görüşün keçiriləcəyi “Vanda Metropolitano” stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Təmsilçimiz saat 19:00-da (Bakı vaxtıyla 22:00) oyun öncəsi son məşqini edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Həmin kateqoriyadan