Qurbanov məğlub olduğumuz oyundan razı qalıb

Avro-2016-nın seçmə mərhələsində dünən Azərbaycan və Norveç milliləri arasında keçirilmiş matçdan sonra, komandamızın baş məşqçisi Mahmud Qurbanov KİV önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, gənc mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları oyundan ümumilikdə razı qalıb:

Mahmud Qurbanov: “Oyundan və futbolçuların mübarizəsindən razı qaldım. Norveç yığması müdafiədə səhvsiz oynadı. Çox qapalı mübarizə apardılar. Düzdür, nəticə yaxşı olmadı.

Bir xal qazanmaq istəyirdik. Lakin rəqibin arxa xətdəki oyunu buna imkan vermədi. Bir sözlə, komandamdan razı qaldım. Oyunçular istəkli idilər. Müdafiədə və yarımmüdafiədə dəyişikliklər oldu. Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidir”.

Həmin kateqoriyadan