“Qürurverici haldır ki, torpaqlarımızın bir hissəsi işğaldan azad olunub”

Yunan-Roma güləşi üzrə millimizin üzvüləri KİV üçün açıq məşqdə son günlər cəbhə xəttində baş verən hadisələrlə əlaqədar fikirlərini bildiriblər.

Allsport.az saytı xəbər verir ki, komandamızın titullu bahadırı Elvin Mürsəliyev döyüşlər zamanı Azərbaycan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsinin qürurverici olduğunu vurğulayıb:

 “Qardaşlarımız cəbhədə şəhid olub və yaralanıblar. Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Qürurverici haldır ki, torpaqlarımızın bir hissəsi işğaldan azad olunub”.