Qusar “Şahdağ”ı Kamranlara tapşırılıb

Qusarın “Şahdağ” klubu 2-ci dövrənin hazırlıqlarına yeni baş məşqçinin rəhbərliyi ilə başlayıb. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionunda mübarizə aparan klubun yeni təyin olunan baş məşqçisi Kamran Əlibabayevdir. Vaxtilə Qusar təmsilçisinin şərəfini qoruyan ünlü futbolçu bir müddət komandanın məşqçisi də olub. Yeni işində ona məşqçi Kamran Nurəhmədov kömək edəcək.

İlk dövrədə uğurlu çıxış edə bilməyən Qusar klubu baş məşqçisi Adil Mahmudovla yollarını ayırıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 13 oyunda 15 xal toplayaraq onuncu yerdə qərarlaşıb. İkinci dövrənin hazırlıqlarına Şövkət Orduxanov adına Qusar şəhər stadionunda başlayan “Şahdağ” qarşıdakı günlərdə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. Hazırda komanda fiziki hazırlıqlar üzərində çalışır.

Həmin kateqoriyadan