Rəhim Həsənova yeni dəvət

FİFA referisi Rəhim Həsənov UEFA-dan təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, Avropa liqasının 1-ci təsnifatında iş başında olacaq.

Həmyerlimiz Trnava “Spartak”ı ilə Bosniya və Hersoqovina klubu “Radnik” (Bijeljina) arasında Slovakiyada cavab görüşünü idarə edəcək.

İyulun 18-də baş tutacaq matçda onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Həmin kateqoriyadan