- Baxış sayı: 31
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
“Neftçi” ölkə çempionatının 20-ci turunda “Qarabağ”la oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün komanda “8-ci km” stadionunda məşq keçib. Yarımmüdafiəçi Rəhman Hacıyev klub televiziyasına açıqlamasında “Qarabağ”la oyun öncəsi fikirlərini bildirib:
“Sabah bizi çox çətin oyun gözləyir. İki oyundu qələbə qazanırıq. Komandada inam və istək var. Hər şey qaydasındadır. Meydana 3 xal üçün çıxacağıq. İnşallah, qələbə qazanarıq. Komandama inanıram”.
Martın 14-də baş tutacaq “Neftçi” – “Qarabağ” oyunu saat 18:00-da başlanacaq.