Rəhman Hacıyev: Son bir neçə oyunda start heyətində yer almırdım

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev “Keşlə” ilə oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, komandasına fayda vermək üçün əlindən gələni etdiyini bildirən yarımmüdafiəçi, 1:0 qələbə münasibətilə bütün azarkeşləri təbrik edib:

“Bilirdik ki, ağır oyun olacaq. Baş məşqçinin həftəboyu verdiyi tapşırıqları düzgün yerinə yetirməyə çalışdıq. Çox şadam ki, istədiyimiz nəticəni əldə edə bildik. Son bir neçə oyunda start heyətində yer almırdım.

Buna baxmayaraq, komandaya fayda vermək üçün əlimdən gələni etdim. Hər oyuna 100 faiz hazır olmağa çalışıram. Qələbə münasibətilə bütün “Neftçi”sevərləri təbrik edirəm. Artıq sabahdan növbəti oyunu düşünməliyik”.

Həmin kateqoriyadan