Rəqib futzalçılarımızla oyuna qalib çıxacaq

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının yer aldığı qrupda ilk turun daha bir oyunu baş tutub. Allsport.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərindəki “Dvorana Qradski VRT” idman kompleksində meydan sahibləri ilə Belarus üz-üzə gəlib.

Qarşılaşma belarusluların qələbəsi ilə başa çatıb – 7:4. Hansı ki, futzalçılarımız ikinci turda məhz bu komanda ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, Azərbaycan yığması açılış matçında İsveçə 8:2 hesabıyla qalib gəlib.

Həmin kateqoriyadan