Rəqiblərimiz sabah bəlli olacaq

Final mərhələsi 2016-cı ilin may ında Belarusda təşkil olunacaq 17 yaşlı qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü sabah atılacaq. Allsport.az saytı xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında artıq səbətlər açıqlanıb. Təsnifat görüşləri 2015-ci ilin avqustun 1-dən oktyabrın 31-dək müddətdə keçiriləcək.
Sabah, eyni zamanda final mərhələsi 2016-cı ilin iyulunda Slovakiyada təşkil olunacaq U-19 qızlardan ibarət millilərin Avropa çempionatının seçmə mərhələsinin də püşkü atılacaq. Komandalar reytinqinə görə 4 səbətə bölünüb. Qeyd edək ki, ələmələr gələn ilin 15-20 sentyabrda baş yutacaq. Səbətlərin tərkibini nəzərinizə çatdırırıq:
U-17-nin potensial rəqibləri
“A” səbəti: İspaniya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya, Belçika, Polşa, İtaliya, İrlandiya, İslandiya
“B” səbəti: Çex Resb., Rusiya, Hiderland, İngiltərə, Finlandiya, Şotlandiya, Macarıstan, Serbiya, Türkiyə, Şimali İrlandiya, Yunanıstan
“C” səbəti: Rumıniya, Bosniya və Herseqovina, Sloveniya, Uels, Portuqaliya, Bolqarıstan, Ukrayna, AZƏRBAYCAN, Monteneqro, Slovakiya,
“D” səbəti: Xorvatiya, Moldova, Latviya, İsrail, Farer Adaları, Estoniya, Litva, Makedoniya, Qazaxıstan, Gürcüstan, Andorra, Ermənistan.
U-19-un potensial rəqibləri
“A” səbəti: İsveç, Fransa, Almaniya, Norveç, Danimarka, Finlandiya, Belçika, Şotlandiya, İrlandiya, Hollandiya, İsveçrə
“B” səbəti: Portuqaliya, Çex Resb., Serbiya, Rumıniya, İtaliya, Avstriya, İslandiya, Rusiya, Şimali İrlandiya, Uels, Polşa
“C” səbəti: Türkiyə, Ukrayna, Macarıstan, Yunanıstan, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Kipr, Belarus, Estoniya
“D” səbəti: Farer adaları, Bolqarıstan, AZƏRBAYCAN, Moldova, Latviya, Litva, İsrail, Qazaxıstan, Monteneqro, Gürcüstan, Albaniya.

Həmin kateqoriyadan