Rəqiblərimiz yoxlama matçlarında hansı nəticəni göstərdilər?

Ötən gecə dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan seçməsinin rəqibləri də gücünü sınaq matçında yoxlayıblar.

Almaniya millisi Slovakiya ilə qarşılaşıb. Nə qədər gözlənilməz olsa da, bundestim bu görüşdə rəqibinə 1:3 hesabıyla məğlub olub. Norveç yığması isə Portuqaliya ilə qarşılaşıb. Skandinaviyalılar da almanlar kimi, 3 qola üzülüblər.

Həmin kateqoriyadan