Rəşad Əzizli: “Keşlə” ilə matçda da azarkeşləri tribunalarda görmək istəyirik

“Neftçi” premyer liqanın 19-cu turunda “Keşlə” klubu ilə oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, dünən “ağ-qaralar” İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Qapıçı Rəşad Əzizli klub televiziyasına açıqlamasında “Keşlə” ilə oyuna hazırlığı dəyərləndirib:

“Son qələbədən sonra komandada özünəinam daha da artıb. Hər birimiz inanırıq ki, daha da yaxşı nailiyyətlər qazanmağa hazırıq. Azarkeşlərə təşəkkürümüzü bildiririk ki, son oyunda da bizə dəstək oldular. Onların sayəsində qələbə qazandıq. “Keşlə” ilə matçda da azarkeşləri tribunalarda görmək istəyirik, çünki onların dəstəyinə çox ehtiyacımız var”.

Bu komandalar arasında oyun martın 9-da “8-ci km” stadionunda saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan