Rəşad Abdullayevə çatdı

Qapıçı Kamal Bayramov 20-ci dəfə premyer liqa matçına “Zirə”nin kapitanı kimi çıxıb. Allsport.az saytı xəbər verir ki, bu, 22-ci turun “Səbail”lə oyununa (1:2) təsadüf edib. 

Təcrübəli qolkiper “qartallar”ın çempionat görüşlərindəki kapitanlıq sayında Rəşad Abdullayevə çatıb. Hərəyə 20 dəfə meydana sarğı ilə çıxan bu cütlük yalnız Anar Nəzirovdan geri qalır. Sabiq qolkiper elitada 37 dəfə “Zirə”nin kapitanı olub.

Qeyd edək ki, Kamal çempionatda ilk dəfə 2017-ci il martın 5-də “Neftçi” ilə səfər matçına (2:1) “Zirə”nin kapitanı kimi çıxıb. 2017/18 mövsümündə 11 dəfə sarğını daşıyan qapıçı cari mövsümdə 8-ci dəfə bu vəzifəni icra edib.

Həmin kateqoriyadan