Rəşad Qasımov: Yayda komandada ciddi dəyişiklik olmayacaq

“İnter”in prezidenti Rəşad Qasımov Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”a qarşı keçirdikləri cavab matçını (0:1, ilk oyun – 0:4) şərh edib. Allsport.az saytı xəbər verir ki, o, növbəti məğlubiyyətə belə aydınlıq gətirib:

“Biz “Rəvan”a yox, “Qarabağ”a uduzduq. Qarşıda çempionat oyunları var. Həmin oyunların nəticəsinə əsasən həm üçüncü ola bilərik, həm də beşinci. Yayda komandada ciddi dəyişiklik olmayacaq. Bizim onsuz da çox legionerimiz yoxdur.

Transfer məsələləri ilə yayda məşğul olacağıq. Zaur Svanadze isə getməyəcək. Əlbəttə, hansısa fors-major mümkündür. Sabah biz özümüz də işə getməyə bilərik. Amma bizim baş məşqçi ilə müqaviləmiz var və onun “İnter”də qalmasını istəyirik”.

Həmin kateqoriyadan