Rəşad Sadıqov: Almaniya millisi səhvləri bağışlamır

Millimiz DÇ-2018-in seçmə mərhələsində sabah Almaniyanı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında kapitan Rəşad Sadıqov bunu deyib:

“Qrupun ən güclü komandası Almaniya yığmasıdır. Bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kimi, ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşı komandadır.

Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadır. Almaniya yığması səhvləri bağışlamır. Sabahkı oyun barədə çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdır”.

Həmin kateqoriyadan