Rəşad Sadıqov: Çexlər Şimali İrlandiya millisindən üstün oyun göstərirlər

Sabah yığmamız DÇ-2018-in seçmə mərhələsində Çex Respublikasından olan həmkarları ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqov vida oyun öncəsi mətbuat konfransında belə deyib:

“Bizi ciddi rəqib gözləyir. Çexiya yığmasının son 2 oyununu izləmişik. Rəqib çox yaxşı formadadır. Çexiya yığması hazırda turnir cədvəlində qərarlaşdığı yerə layiq deyil.

Şəxsi fikrimdir ki, Şimali İrlandiya millisindən üstün oyun göstərirlər. Biz də yaxşı hazırlaşmışıq. Sonuncu ev oyunumuzdur. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək”.

 

Həmin kateqoriyadan