Rəşad Sadıqov çexlərlə oyunu buraxacaq

Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində Çex Respublikasında səfər oyununa ciddi itki ilə çıxacaq. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, “ay-ulduzlu”muzun millimizin kapitanı Rəşad Sadıqov Osrtavadakı matçı buraxmalı olacaq.

Ayağında zədəsi olan təcrübəli futbolçunun bu oyuna qədər sağalacağına ümid bəslənilirdi. Amma ötən gecə matçın keçiriləcəyi “Vitkovitse” stadionundakı son məşq zamanı bəzi təmrinləri həyata keçirərkən Rəşadın vəziyyəti daha da ağırlaşıb.

Bu üzdən, həkimlər onun qarşıdakı matçda iştirakını mümkünsüz sayıblar. Gözlənildiyi kimi, onu Çex Respublikası seçməsi ilə oyunda Bədavi Hüseynov əvəz edəcək.

Həmin kateqoriyadan