Rəşad Sadiqov futbolla vidalaşır

“Zirə” bu yay heyətinə qatdığı Rəşad Sadiqovla yollarını rəsmən ayırıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi ilə anlaşma qarşılıqlı şəkildə pozulub.
“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa liqasında çıxışı başa vurduqdan sonra intizamsızlığa görə əsas komandadan kənarlaşdırılmışdı. Rəşad bu komandasının heyətində avrokubokda keçirdiyi 4 oyunda 1 qola vursa da, məhz bun olaya görə premyer liqa matçlarında ona güvənilmirdi.
Futbolinfo.az-ın məlumatına görə, həmin hadisədən sonra yarımmüdafiəçikomanda axtarışını dayandırıb. O, ölkə xaricinə yollanmaq istəmir, daxildə isə maraq göstərən yoxdu. Bu səbəbdən futbolçu karyerasını başa vurmağı qətiləşdirib.

Həmin kateqoriyadan