Rəşad Sadıqov: İlk hissəni 1:2 başa vursaydıq, sonra nəyəsə ümid etmək olardı

«İlk 10 dəqiqə həyəcan var idi. Ancaq çalışırdıq ki, futbol oynayaq, oyunu çirkinləşdirməyək. Belə baxanda, pis çıxış etmədik». Allsport.az saytı xəbər verir ki, bunu millimizin kapitanı Rəşad Sadıqov dedi. O, DÇ-2018-in seçmə qrup mərhələsində Bakıda Almaniya yığmasına 1:4 hesablı məğlubiyyətdə kobud səhvlər buraxdığını etiraf etdi:

«Buraxdığımız qollara gəlincə, səhvlərimizdən çox yaxşı istifadə etdilər. Görürdük, ancaq qarşısını ala bilmirdik. Heç olmasa, hissəni 1:2 başa vursaydıq, sonra nəyəsə ümid etmək olardı. Amma üçüncü qoldan sonra şansımız kəsildi. Qarşıda hələ bir neçə oyunumuz var. Çalışmalıyıq ki, az səhlər edib, daha diqqətli olaq».

Həmin kateqoriyadan