Rəşad Sadıqov: Komandamızdan daha yaxşı oyun gözləyirəm

U-20 millinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, Makedoniya futbolçuları ilə 1:1 başa çatmış  oyun barədə bunu deyib:

“Rəqib sürətli futbol göstərdiyi üçün müdafiəyə daha çox diqqət yetirirdik. Əslində ikinci hissəyə də pis başlamamışdıq. Sadəcə, biz topa nəzarəti itirdikdən sonra rəqib daha böyük qüvvə ilə irəli atıldı və daha sürətlə çıxış etməyə başladı. Bu zaman daha çox müdafiə olunduq. Makedoniya yığması çox yaxşı komandadır. Bu kollektivi çox yaxşı tanıyıram.

Rəqib olduğu üçün tərifləmək istəmirəm, amma hazırda Avropanın 10-15 yaxşı komandasından biridir. İsveçrə və Belçika, eləcə də  Avropa çempionatının elit-raundunda İngiltərə üzərində qələbə qazanıblar. Mən belə rəqibə qarşı oynamağı xoşlayıram.

İstəyirəm ki, uşaqlar bərkisinlər və görsünlər ki, rəqib necə sürətli, səliqəli oynayır. Bizim üçün yaxşı sınaq oldu. Mən komandamızdan daha yaxşı oyun gözləyir və düşünürəm ki, uğur əldə etmək, yaxşı nəticə qazanmaq istəyiriksə, artırmalıyıq”.

Həmin kateqoriyadan