Rəşad Sadıqov: “Ümumilikdə, komandadan narazı qalmadım”

Bu gün U-21 arasında Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan – Norveç oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, futbolçularımız evdə rəqibinə 1:3 uduzublar. Görüşlə bağlı baş məqşçimiz Rəşad Sadıqov bunu deyib:

“Yaxşı komandaya qarşı mübarizə apardıq. Norveç və Almaniya qrupumuzun favoritidirlər. Onlar artıq Almaniyanı məğlub ediblər. Norveç qrup oyunları zamanı Kosovoya öz səhvindən məğlub oldu. Bu gün uşaqlar rəqibə layiqli müqavimət göstərməyə çalışdılar.

Bəzən alındı, bəzən isə istədiyimizi gerçəkləşdirə bilmədik. Futbolçularımızın istəkli olmaları və sonadək mübarizə aparmaları sevindiricidir. Pis oynamadıq. Ümumilikdə, komandadan narazı qalmadım”.

Həmin kateqoriyadan