Rəsul Çunayev: Erməni güləşçilər asan keçdiyim rəqiblərimdəndir

«Dünya çempionatında çıxışımı uğurlu sayıram. Finala qədər 4 görüşü vaxtından əvvəl qələbə ilə bitirdim. Finalda erməni idmançısına da imkan vermədim».

Allsport.az saytı xəbər verir ki, bunu ANS-in «Günəbaxan» verilişinin qonağı olan yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) deyib. Dünya və 1-ci Avropa Oyunlarının qalibinin sözünə görə, düşmən ölkənin təmsilçiləri ilə mübarizə aparmaq ona ikiqat zovq verir:

«Erməni güləşçilərlə rahat mübarizə aparıram. Həmişə yarışlarda onları uduram. Püşktdə qarşıma erməni idmançısı düşəndə, sevinirəm ki, növbəti asan qələbəm olacaq».

Həmin kateqoriyadan