Rəsul Çunayev qızıl, Rövşən Bayramov gümüş medal qazandı!

ABŞ-in Las Veqas şəhərində güləş üzrə dünya çempionatı davam edir. Allsport.az saytının məlumatına görə, ilk yarış günündə milli komandamızın üzvü Elvin Mürsəliyev 75 kq çəkidə olimpiya oyunlarına lisenziya qazanıb. İkinci yarış günündə 59, 71, 80 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Gərgin tutaşmalarda Rövşən Bayramovla Sabah Şəriəti də “dördilliy”ə yollanmağa adlarını yazdırıblar.

Adı ilk çəkilən pəhləvan millimizə gümüş medala yiyələnib.  71 kq-da çıxış edən Rəsul Çunayev bütün görüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksən pilləsinə qalxıb.

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən dünyanın ən güclülərinin yarışı  Rio-2016-ya vəsiqə verir. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəkirdə ilk 5 yeri tutan idmançılar olimpiadada birbaşa iştirak hüququna yiyələnir.

59 kq 
1/16 final – Rövşən Bayramov – Singh Ravinder (İND) 9:1
1/8 final – Rövşən Bayramov – Von Çol Yun (PRK) 8:7
1/4 final – Rövşən Bayramov – Hamid Mohammad Soryan (İRİ) 5:0
1/2 final – Arsen Yeraliyev (KGZ) – Rövşən Bayramov 0:4 (təmiz qələbə)
FİNAL – Rövşən Bayramov – İsmael Borrero Molina (CUB) 0:8

71 kq 
1/16 final – Rəsul Çunayev – Frank Hassli (MON) 9:1
1/8 final – Rəsul Çunayev – Adam Kurak (RUS) 9:0
1/4 final – Rəsul Çunayev – Justin Daşaun Lester (USA) 8:0
1/2 final – Tsimur Berdiyev (BLR) – Rəsul Çunayev 0:8
FİNAL – Rəsul Çunayev – Armen Vardanyan (UKR) 6:4

80 kq 
1/16 final – Rafiq Hüseynov – Yevgeni Saleyev (RUS) 3:8

130 kq 
1/8 final – Sabah Şəriəti – Balint Lam (HUN) 3:1
1/4 final – Ervin Jose Caraballo Cabrera (VEN) – Sabah Şəriəti 0:9
1/2 final – Sabah Şəriəti – Rıza Kayaalp (TUR) 0:6
Bürünc medal görüşü – Oleksandr Çernetskiy (UKR) – Sabah Şəriəti (tuşe)

Həmin kateqoriyadan