Rəsul İbrahimov: İsveç yığması üzərində qələbə üçün də var qüvvəmizi sərf edəcəyik

Kişi voleybolçularımız Avropa çempionatının seçmə mərhələsində Lüksemburq millisini evdə 3:1 məyus etdi. Allsport.az saytı xəbər verir ki, oyundan sonra yığmamızın üzvü Rəsul İbrahimov bunu söyləyib:

“Bütün komanda yoldaşlarımı təbrik edirəm. Hər birimiz qələbə üçün əlimizdən gələni etdik. Çox sevincliyik, amma bizi daha bir oyun gözləyir. İnanıram ki, biz səfərdə də gözəl oyun göstərəcəyik.

Rəqibimiz bizə tanışdır, artıq onlarla 3 oyun oynamışıq. İki dəfə onlar bir dəfə biz qalib gəlmişik. Bir daha deyirəm, qələbə üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan