“Rəvan” “Qaradağ Lökbatan”la bərabərə qaldı

“Rəvan” qış hazırlığı çərçivəsində ilk yoxlama matçına çıxıb. Allsport.az xəbər verri ki, “aslanlar” yanvarın 17-də ev oyunlarını keçirdikləri “Bayıl Arena”da “Qaradağ Lökbatan”la üz-üzə gəlib.

Maraqlı keçən görüş 2:2 hesabı ilə yekunlaşıb. “Rəvan” hesabda 2 dəfə öndə olsa da, qələbəni əldən verib. “Sarı-qırmızılılar”ın heyətində Əli Bağırovla Elgün Abbaslı fərqlənib. Hər iki futbolçu penalti zərbəsini dəqiq yerinə yetiriblər.

Qeyd edək ki, “Rəvan” növbəti yoxlama oyununu “Ağsu”ya qarşı keçirəcək. Yanvarın 21-də “Bayıl Arena”da baş tutacaq görüş saat 13:00-da başlayacaq.

Həmin kateqoriyadan