“Rəvan” rəhbərliyi məşqçilərlə görüşdü

1-сi divizionda mübarizə aparan “Rəvan” ikinci dövrənin hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, yanvarın 27-dən etibarən Salyan Olimpiya Kompleksində məskunlaşan “aslanlar” əsasən texniki-taktiki çalışmalara üstünlük verir.

Fevralın 1-də baş tutan “Rəvan” – MOİK yoxlama matçının ardından klub rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş keçirilib. Toplantıda komandanın hazırlıq dönəmindəki məşqləri, yoxlama oyunları və transfer çalışmaları müzakirə olunub.

Klubun vitse-prezidenti İlqar Axundov görülən işlərin qənaətbəxş olduğunu, komandanın durumunun rəhbərliyi qane etdiyini ifadə edib. Baş məşqçi Ramil Əliyev isə öz növbəsində, yaradılan şəraitdən razı qaldığını, təlim-məşq toplanışının plana uyğun getdiyini bildirib. O, yeni transferlərin komandanın gücünə güc qatdığını və “Rəvan”ın ikinci dövrədə daha yaxşı təsir bağışlayacağına əmin olduğunu söyləyib.

Həmin kateqoriyadan