VİDEO
“Rəvan”ın son sınaq matçında “qol yağışı”

“Rəvan” qış təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, “aslanlar” dünən “Bayıl Arena”da “Zirə” klubu ilə üz-üzə gəlib.

1-ci divizion təmsilçilərinin duelində qalib müəyyənləşməyib – 4:4.

Qeyd edək ki, “Rəvan” hazırlıq dönəmində daha öncə 6 yoxlama oyunu keçirib. “Qaradağ Lökbatan”la bərabərə qalan (2:2) “aslanlar”, “Şahdağ”la (4:1) MOİK-i (2:0) məğlub edib. “Ağsu” ilə 2 dəfə üz-üzə gələn paytaxt klubu “Bayıl Arena”da rəqibini üstələdiyi halda (6:4), Ağsu şəhər stadionunda minimal hesabla uduzub (1:2). “Sumqayıt”la baş tutan dueldən isə Premyer Liqa klubu qalib ayrılıb (3:6).

Yoxlama oyunu

Rəvan – Zirə 4:4
Qollar: Elgün Abbaslı, 17; 66; Tural Nərimanov, 89; Ələkbər Vəliyev, 90+5 (öz qapısına) – Morteza Heydari, 2; Elnur Abdulov, 56-p.; Beso Chimakadze, 67; Toğrul Bilallı, 79.

Həmin kateqoriyadan