YENİLƏNİB
«Rabitə» Çempionlar Liqasında autsayderə uduzdu

Qadın voleybolçuların Avropa Çempionlar Liqasının 3-cü turunda bu gün «Rabitə» klubu növbəti matça çıxıb. Allsport.az saytı xəbər verir ki, 6-qat ölkə çempionu səfərdə Çex Respublikasının «Agel» komandası ilə qarşılaşıb.

Baş məşqçimiz Dejan Brdjov bu görüşdə qızları toparlasa, «sarı-qırmızılar» autsayderi məğlub etməklə, «A» qrupunda vəziyyətini nisbətən düzəltmiş olar.

Qrupda keçirilmiş digər görüşdə «Dinamo» komandası evdə çətinliklə «Ximik»i 3:2 üstələyib.

1.«Ximik» (Rolşa) – 7 xal; 2.«Dinamo» Q (Rusiya) – 6; 3.«Rabitə» (Azərbaycan) – 3; 4.«Agel » (Çex Resb.) – 2.

Avropa Çempionlar Liqası, 3-cü tur
10 dekabr, «A» qrupu

20:30. «Agel» (Çex Resb.) – «Rabitə» (Azərbaycan) – 3:2 (25:19, 23:25, 27:25, 17:25, 15:13)
Hakimlər: Mariya Fişer (Almaniya), Giorgio Qnani (İtaliya)
Prostejov İdman Mərkəzi

Həmin kateqoriyadan