«Rabitə» sabah Qazan «Dinamo»sunu qəbul edəcək

Sabah qadın voleybolçulardan ibarət «Rabitə» klubu Avropa Çempionlar Liqasının «A» qrupunda ikinci matçına çıxacaq. Allsport.az saytı xəbər verir ki, 6-qat ölkə çempionu evdə Qazan «Dinamo»sunu qəbul edəcək.

İlk görüşdə səfərdə Polşa «Ximik»inə 0:3 uduzaraq sensasiya edən Dejan Brdjoviçin komandasının doğma divarlar arasında, bu yarışın qızıl medalçısı ilə heç də asan olmayacağı ehtimal olunur.

Bu görüş saat 17:00-da «Sərhədçi» Olimpiya İdman Mərkəzində start götürəcək.

Həmin kateqoriyadan