- Baxış sayı: 58
- 22 Aprel 2024 23:34
- Baxış sayı: 41
- Aprel 23, 2024
- 0
Usta taekvondoçulardan ibarət Azərbaycan millisinin üzvü Radik İsayev Koreyanın Munqyeonq şəhərində təşkil olunan hərbiçiləri VI dünya oyunlarında medal qazanıb. Allsport.az saytı xəbər verir ki, +87 kq-da mübarizə aparan birinci Avropa Oyunlarının çempionu fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.
Dünya çempionumuz əvvəlcə Ruy Yanqı (Çin), ardınca Ruslan Japarovu (Qazaxıstan) məğlub etsə də yarımfinalda almaniyalı Volker Vodzixə 3:5 hesabı ilə uduzub. Lakin bürünc medal uğrunda görüşdə rusiyalı Yuri Kiriçenkoya qalib gələn Radik İsayev mükafatçılar sırasında yer alıb. Dünya oyunları oktyabrın 11-də yekunlaşacaq.