Radik İsayevlə Milad Hərçəqani dünya əmsalında 1-ci yerdədir

Dünya Taekvando Federasiyasının olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Rio olimpiadasının qalibi Radik İsayev (+80 kq) ilk yerdədir. Onun hesabında 482,93 xal var. Son dünya çempionumuz Milad Beiqi Hərçəqani (80 kq) də 460,96 balla 1-ci sıradadır.

Qeyd edək ki, əmsal DTF-in təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Qaydalara görə 2020-ci ildə keçiriləcək Tokio olimpiadasına qədər reytinqdə ilk altılıqda olan idmançılar “dördilliy”ə birbaşa vəsiqə qazanırlar.

Həmin kateqoriyadan