Rafael Ağayev dənizkənarı milli parkda açıq məşq keçəcək

Sabah saat 15:00-da dənizkənarı milli parkda dövlət kukla teatrının arxasında tədbirlər keçirilən ərazidə uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, olimpiya növünün daha populyarlaşması və təbliği istiqmətində tədbir planlarına aid edilən bu məşğələ 27-29 sentyabrda tankçı milli qəhrəmanı Albert Aqarunovun 50-illik yubileyinə həsr olunmuş, 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün nəzərdə tutulub.

Seminara respublikanın müxtəlif bölgələrindən klubların tərkibində yüzlərlə idmançı qatılacaq. Tədbirdə federasiya rəsmiləri və milli komandanın məşqçilər heyəti, eləcə də kapitan Rafael Ağayev başda olmaqla, komanda üzvləri təcrübələrini azyaşlı karateçilərə nümayiş etdirəcəklər. 

Həmin kateqoriyadan