Rafael Ağayev Rabat karate1 premyer liqasında 3-cü yer tutub

Rafael Ağayev (75 kq) Rabat karate1 premyer liqasında bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, həlledici görüşdə fransalı Loqan Da Kostanı 2:0 üstələyərək dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.  

Mərakeş krallığının paytaxtında keçirilmiş yarışda 661 kimono ustası mübarizə aparıb. Beynəlxalq hakimlərdən Vüqar Kərimova final görüşləri, Cahangir Babayevə isə ondan əlavə tatami meneceri kim məsul işlər həvalə olunub. 

Milli komandanın növbəti yarışı 17-19 mayda İstanbulda karate1 “A” seriyası olacaq.

Həmin kateqoriyadan