Rafael Ağayevin 20 Yanvar şəhidlərinin xatirəsinə ilk beynəlxalq seminarı

Milli Karate Federasiyası və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə dünya şöhrətli idmançımız Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, 5-qat dünya və 10 dəfə Avropa çempionunun rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə bir neçə ölkədən 100-dən artıq azyaşlı uşaq və yeniyetmə karateçi iştirak edib.

Rusiya, İran, Özbəkistan və İsrail və Azərbaycanın müxtəlif şəhər və regionlarından olan idmançılar, hər zaman olduğu kimi bu dəfə də dünya karate ulduzunun bacarıqlarını böyük həvəslə mənimsəyiblər. Uzun illərdir ki, dünyanın onlarla ölkəsində seminalar keçirən Rafael Ağayev ilk dəfə Azərbaycanda belə bir əhəmiyyətli tədbirin təşkil edilməsindən çox məmnun olduğunu və məhz 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmasının öz idman karyerasında ən yaddaqalan məqamlardan biri kimi dəyərləndirib.

Seminarın sonunda Azərbaycan Mili Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və “Arpaçay” karate klubunun rəhbəri Yavər Hüseynov, tədbir iştirakçılarının dünyanın ən titullu karateçisi Rafael Ağayevin təcrübəsindən gələcək yarışlarda yararlanacağına əmin olduqlarını bildirərək, onlara uğrular arzulayıblar. Sonda seminar iştirakçılarına sertfikatlar təqdim olunub.

Həmin kateqoriyadan