Rahid Əmirquliyev: Rəqib qapıçının yanında boşluq görəndə, zərbə vurmaq qərarına gəldim

“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-una qarşı keçirdikləri oyundan (2:0) sonra jurnalistlərə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, təcrübəli futbolçu görüşün çətin keçdiyini deyib:

“Matça yaxşı hazırlaşmışdıq. Şadam ki, qalib gəldik. Biz bu oyunda 2-ci qoldan sonra da arxayınlaşmadıq. Baxmayaraq ki, onu son dəqiqələrdə vurduq. Mənim fərqlənməyimə gəlincə, öncə qapıçını aldatmaq istədim. Amma boşluq görəndə, zərbə vurmaq qərarına gəldim”.

Həmin kateqoriyadan