Rail Məlikov 90 dəqiqə oynadı, komandası məğlub oldu

Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası – “Dənizlispor” da növbəti matçına çıxıb.

Dənizli klubu doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Matç futbolçumuzun klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə mərkəz müdafiəçisi kimi meydana çıxan Rail sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Dənizlispor” hazırda 21 xalla 17-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan