Rail Məlikov ehtiyatda qaldı, komandası qələbə qazandı

Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikovun komandası – “Dənizlispor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Mahir Şükürovun yenicə ayrıldğı “Karşıyaka” ilə qarşılaşıb. Görüş Railin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Məlikov oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Dənizlispor” hazırda 24 xalla 17-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan