Rail Məlikovsuz “Dənizlispor” məğlub oldu

Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası – “Dənizlispor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Girəsunspor”la qarşılaşıb. Matç Railin klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Məlikovun adı matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Dənizlispor” hazırda 18 xalla 17-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan